Misirin Daxili İşlər naziri əhaliyə xəbərdarlıq edib
Qahirə, 26 mart, AZƏRTAC
Misirin Daxili İşlər naziri Mahmud Tevfik koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimini pozanların ciddi cəzalandırılacağı barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, komendant saatı vaxtı şəhərin mərkəzində reyd aparan nazir bildirib ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün vətəndaşlar qanunlara riayət etməli, polislə sıx əməkdaşlıq şəraitində davranmalıdırlar. O əlavə edib ki, hüquq-mühafizə orqanları ölkənin həyati əhəmiyyətli obyektlərinin normal fəaliyyətini təmin etmək istiqamətində də tədbirlər görür.
Misirin Səhiyyə naziri Hala Zayed Qahirədə keçirdiyi mətbuat konfransında yeni növ koronavirusdan ölənlərin sayının 21 nəfərə çatdığını bildirib. O qeyd edib ki, ölkədə bu təhlükəli virusa 442 yoluxma halı qeydə alınıb və pandemiyanın qarşısını almaq üçün təsirli tədbirlər həyata keçirilir. Nazirin sözlərinə görə, artıq xəstəxanalarda müalicə olunan 93 nəfər bu xəstəlikdən tamamilə sağalıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [18:24]
Qazaxıstanda antiterror təlimləri təşkil olunacaq
- 23.06.2026 [17:43]
Qazaxıstanda Senat və Məclis sonuncu birgə iclasını keçirəcək
- 23.06.2026 [16:33]
Özbəkistanın iki keçmiş kəndi rəsmi olaraq Qırğızıstanın tərkibinə verilib
- 23.06.2026 [16:18]
Antonio Quterreş təmiz enerjiyə keçid planını təqdim edib
- 23.06.2026 [16:06]
Qazaxıstanda restoranda 113 nəfər zəhərlənib, araşdırma aparılır
- 23.06.2026 [16:01]