Misirin diplomatik nəşrində Xocalı soyqırımından bəhs edilib
Qahirə, 7 mart, AZƏRTAC
Misirin nüfuzlu “Alldiplomasy” nəşrində Xocalı soyqırımından bəhs edən geniş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, Əşrəf Abo Arafenin müəllifi olduğu “Ey dünya, ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri qırğını unutma!” sərlövhəli məqalədə bəşər tarixində ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımından ətraflı bəhs edilir.
Müəllif yazır: “Bu faciə 28 il bundan əvvəl baş verib, lakin onun sağ qalmış şahidləri hələ də yas tuturlar, qaçqınlar və məcburi köçkünlər öz doğma evlərinə qayıda bilmirlər. Artıq 28 ildən çoxdur aparılan danışıqlara baxmayaraq, Ermənistan ilə Azərbaycan arasında gərginlik davam edir. Vəziyyət bu cür davam edə bilməz, Avropa İttifaqı, BMT və ATƏT Xocalı soyqırımı kimi faciələrin təkrarlanmaması üçün daha fəal olmalıdırlar”.
Məqalədə Azərbaycanın Misirdəki səfirliyində keçirilən anım mərasimində təqdimatı olmuş “Xocalı soyqırımı və itirilmiş ədalət” sənədli filmindən də geniş bəhs olunub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]