Misli Premyer Liqasında XXXI tura yekun vurulub
Bakı, 20 aprel, AZƏRTAC
Misli Premyer Liqasında XXXI tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub. "Şamaxı" "Kəpəz"lə üz-üzə gəlib. Şamaxı şəhər stadionunda keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər qarşılaşması "Zirə" ilə "Sumqayıt" komandaları arasında oynanılıb. Bu matçda da ev sahibləri qələbəyə seviniblər - 3:1
Bu nəticədən sonra xallarının sayını 61-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Kimyaçılar" isə 29 xalla səkkizinci yerdədir.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Neftçi"ni 3:0, "Sabah" "Səbail"i 3:2 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [12:56]