Mixael Şumaxerin oğlu “Mercedes” ilə müqavilə imzalayıb
Bakı, 17 dekabr, AZƏRTAC
Əfsanəvi Formula 1 pilotu Mixael Şumaxerin oğlu Mik “Mercedes” komandası ilə müqavilə imzalayıb.
AZƏRTAC Almaniya komandasına istinadla xəbər verir ki, tərəflər arasında 2023-cü il mövsümünün sonunadək anlaşma əldə olunub.
Müqaviləyə əsasən, Mik Şumaxer “Mercedes”in ehtiyat pilotu olacaq. O, “W14” bolidinin inkişafında yaxından iştirak edəcək, həmçinin simulyatorlar üzrə çalışacaq və marketinq üzrə tədbirlərə qatılacaq.
Ehtiyat pilot “Mercedes” ilə növbəti mövsüm bütün Qran-prilərdə iştirak edəcək.
Qeyd edək ki, növbəti mövsüm Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [12:56]