Moldova Prezidenti ölkədə erkən parlament seçkilərinin keçirilməsini istəyir
Kişineu, 1 mart, AZƏRTAC
Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandu ölkədə erkən parlament seçkiləri tələbindən geri çəkilmək niyyətində deyil.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Maya Sandu bu barədə Kişineuda Avropa İttifaqı Şurasının Prezidenti Şarı Mişel ilə birgə keçirdiyi mətbuat konfransında söyləyib.
"Vətəndaşlar səs verdilər, onlar ölkənin korrupsiyadan təmizlənməsini, ədliyyə sistemində islahatların aparılmasını tələb edirlər. Parlamentdə öz maraqlarına xidmət edən bəzi qrupların olmasını bəyənmirəm”, - deyə Moldova Prezidenti əlavə edib.
Prezident COVID-19 pandemiyasına qarşı mübarizə ilə yanaşı, erkən parlament seçkilərini özünün prioriteti adlandırıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]