MOLDOVADA QAQAUZLARIN II BEYNƏLXALQ QURULTAYI KEÇİRİLƏCƏKDİR
Bakı, 17 avqust (AZƏRTAC). Moldovanın “İnfo-Prim Neo” portalının yazdığına görə, avqustun 18-də Komrat şəhərində qaqauzların II ümumdünya qurultayı işinə başlayacaqdır.
Azərbaycan, Türkiyə, Rusiya Federasiyası, Rumıniya və Bolqarıstanın qaqauz icmaları nümayəndələrinin qurultayda iştirak edəcəyi gözlənilir.
Forum iştirakçıları dünya qaqauzlarının mədəniyyət mərkəzinin açılışını, dil problemlərini və digər məsələləri müzakirə edəcəklər.
Təşkilat komitəsinin mətbuat üçün məlumatında deyilir ki, qurultay sayı təxminən 200 min nəfər olan qaqauz xalqının etnos kimi qorunması, iqtisadi və mədəni əlaqələrinin möhkəmlənməsi üçün mühüm hadisədir.
Birinci forum 2006-cı ildə keçirilmişdi.
Qaqauzların II ümumdünya qurultayı avqustun 20-də başa çatacaqdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]