MOSKVA DÜNYANIN ƏN BAHALI ŞƏHƏRLƏRİ SİYAHISINDA 41-Cİ YERDƏDİR
UBS-in ən bahalı şəhərlər onluğuna Oslo, London, Kopenhagen, Sürix, Cenevrə, Nyu-York, Dublin, Stokholm və Helsinki daxildir. Moskvada yaşamaq Tallinn, Vilnüs, Riqa və Kiyevdə yaşamaqdan baha başa gəlir.
Bank dünyanın müxtəlif şəhərlərinin əhalisinin iqtisadi imkanlarını 30 göstəriciyə görə müqayisə etmişdir. Məsələn, bank məşhur “Biq-mak” səndviçini almaq üçün lazım olan məbləği qazanmaqdan ötrü nə qədər vaxt tələb olunduğunu da hesablamışdır. Orta statistik moskvalıya bunun üçün 25 dəqiqə kifayət edir. Dünya üzrə isə bu göstərici 35 dəqiqədir. Şimali Avropada yaşayış bahalı, Latın Amerikasında və Cənub-Şərqi Asiyada isə daha ucuzdur. Halbuki, asiyalılar avropalılardan çox işləyirlər. 42 saatlıq iş həftəsi norma kimi qəbul edilərsə, Asiya ölkələrinin sakini parislidən ildə 50 gün çox işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]