Moskva vilayətində bütün kütləvi tədbirlər qadağan edilib
Moskva, 15 iyun, AZƏRTAC
Moskva vilayətində iyulun 15-dək bütün kütləvi tədbirlər qadağan edilib.
AZƏRTAC xəbər verir ki, vilayətin qubernatoru Andrey Vorobyov koronavirus infeksiyasının sürətlə yayılması ilə əlaqədar belə qərar imzalayıb. Ötən gün Moskva vilayətində 1135 nəfərdə koronavirus aşkarlanıb.
Ümumilikdə Rusiyada iyunun 14-də 14 185 nəfərin koronavirusa yoluxduğu məlum olub, 379 xəstə vəfat edib. Moskvada da vəziyyət gərgin olaraq qalır. Ötən gün 6 805 nəfərdə koronavirus aşkar olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:43]
Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb
- 14.10.2026 [12:33]
Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
- 14.10.2026 [12:26]
Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb
- 14.10.2026 [12:11]