MOSKVADA 10-CU MƏRTƏBƏDƏN YIXILAN UŞAQ SAĞ QALMIŞDIR
AZƏRTAC-ın Moskvadan aldığı xəbərə görə, Rusiya paytaxtının şimal dairəsindəki yaşayış evinin 10-cu mərtəbəsindən yıxılan körpə oğlan uşağı sağ qalmışdır. Moskva Şəhər Daxili İşlər İdarəsinin nümayəndəsi bildirmişdir ki, uşaq qohumlarının, o cümlədən yaxınlıqda olan anasının diqqətsizliyi üzündən pəncərədən yıxılmışdır.
Onun sözlərinə görə, bir il səkkiz aylıq uşaq təcili xəstəxanaya çatdırılmışdır. Həkimlər uşaqda kəllə-beyin zədəsi, beyin əzilməsi və küt qarın zədəsi aşkar etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]