Moskvada koronavirusun yayılması ilə mübarizə çərçivəsində əlavə tədbirlər görülür
Moskva, 26 mart, AZƏRTAC
Moskva meriyası koronavirusun yayılması ilə mübarizə çərçivəsində əlavə tədbirlər görür.
AZƏRTAC xəbər verir ki, martın 28-dən aprelin 5-dək Rusiya paytaxtında çatdırılma və özünlə aparma xidmətləri istisna olmaqla, bütün restoranlar, kafelər, barlar, yeməkxanalar, apteklər, ərzaq dükanları və ilkin tələbat malları satan mağazalardan başqa bütün ticarət obyektləri bağlanacaq, Qorki adına park, “Saritsino” və digər iri parklara getmək qadağan olunacaq, bərbərxanalar və digər xidmət müəssisələri fəaliyyətini dayandıracaq.
Moskva meriyası əhalini martın 28-dən aprelin 5-dək dini obyektləri ziyarət etməməyə çağırır. Eyni zamanda, sosial xidmətlər, nəqliyyat, bank, sığorta, rabitə, dəfn və digər xidmətlər fəaliyyət göstərəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]