İQTİSADİYYAT
Moskvada MDB-nin Beynəlxalq İqtisadi Forumu keçirilib
Moskva, 29 mart, AZƏRTAC
Moskvada Müstəqil Dövlət Birliyinə (MDB) üzv dövlətlərin Beynəlxalq İqtisadi Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib.
Forum çərçivəsində 21 seksiya fəaliyyət göstərib. İştirakçılar MDB ölkələrinin logistika, gömrük, tikinti, sənaye kooperasiyası, miqrasiya siyasəti, tibb, turizm, davamlı inkişaf və digər sahələr üzrə əməkdaşlığının aktual mövzularını müzakirə ediblər.
Forumun “Dialoqdan birgə layihələrə” devizi MDB, Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatının inteqrasiyasının dərinləşməsinə və əməkdaşlığının möhkəmlənməsinə, onların davamlı inkişafına və bu inteqrasiya birliklərinin xalqlarının rifahının təmin olunmasına töhfə verən çoxcəhətli prosesdir.
Forum MDB İcraiyyə Komitəsinin dəstəyi və MDB İqtisadi Şurasının üzvlərinin iştirakı ilə keçirilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva