Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada “Xocalıya ədalət” kampaniyası çərçivəsində konfrans keçirilmişdir

Moskva, 25 fevral (AZƏRTAC). Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Ümumrusiya Azərbaycanlılar Konqresi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) İslam Konfransı Təşkilatının Gənclər Forumu ilə birlikdə “Xocalıya ədalət” beynəlxalq informasiya kampaniyası çərçivəsində ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri faciənin 19-cu ildönümünə həsr edilmiş konfrans keçirmişlər.

“Prezident-hotel” mehmanxana kompleksinin “Bolşoy Petrovski” zalında keçirilmiş konfransda Xocalı faciəsi haqqında həqiqətin, bu barədə obyektiv informasiyanın dünya ictimaiyyətinə çatdırılmasına və təqsirkarların məsuliyyətə cəlb edilməsinə yönəlmiş “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülmüş işlər müzakirə edilmişdir.

Konfransın rəsmi hissəsini İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov açmışdır. O, Azərbaycanın bu məsələdə haqlı mövqeyini dəstəkləyən konfrans iştirakçılarına təşəkkürünü bildirmiş və xüsusi qeyd etmişdir ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının məqsədi təkcə Xocalı faciəsinin deyil, başqa etnik təmizləmələrin də qurbanları üçün ədalətə nail olmaqdır.

Sonra bu kampaniyanın təşəbbüsçüsü, RAGT-nin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti, İKT Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyeva çıxış etmişdir.

Leyla Əliyeva qeyd etmişdir ki, Xocalının dinc sakinlərinə qarşı törədilmiş, günahsız insanların, o cümlədən uşaqların, qadınların və qocaların həyatına son qoymuş soyqırımı aktı yaddaşımızda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixində ən dəhşətli və qanlı faciə kimi həmişəlik qalacaqdır. Onun sözlərinə görə, bu gün bu zalda iştirak edənlər, eləcə də “Xocalıya ədalət” beynəlxalq kampaniyasını dəstəklədiklərini bildirən milyonlarla insan bu faciəyə beynəlxalq birlik tərəfindən hansı hüquqi, mənəvi və insani qiymət verilməsinə əsla biganə qala bilməz. Leyla Əliyeva demişdir ki, Xocalıda törədilmiş cinayətin icraçıları və sifarişçilərinin indiyə qədər layiqli cəza almaması dəhşətli haqsızlıqdır.

O demişdir: “Bizim kampaniyanın məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqınların və məcburi köçkünlərin düşdüyü ağır vəziyyət haqqında bütün həqiqəti dünya birliyinə çatdırmaqdır. Torpaqlarımız hələ də işğal altındadır, erməni cəlladlar öz tamahkar məqsədlərinə çatmaq üçün günahsız insanları amansızcasına qətlə yetirmişlər. Xocalı faciəsinin beynəlxalq birlik tərəfindən insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanınmasına nail olmaq hər bir azərbaycanlının vəzifəsi, o cümlədən mənim də vəzifəmdir. Bu cinayət bir daha təkrarlanmamalıdır”.

Leyla Əliyeva bildirmişdir ki, Heydər Əliyev Fondu dalbadal neçənci ildir ki, dünyanın 70 ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirir. Fond konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, DVD-disklər buraxır, filmlər çəkir. 2008-ci ildə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilir. Avropa İttifaqının üzvü olan dövlətlərin demək olar ki, hamısında, MDB, Asiya, Cənubi və Şimali Amerika ölkələrində konfranslar, seminarlar, piketlər keçirilir. Bu kampaniya sayəsində bir sıra beynəlxalq forumlar Xocalı faciəsini tanımışlar. Bir ay bundan əvvəl Fondun və İKT Gənclər Forumunun təşəbbüsü ilə 31 ölkənin deputatları Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanımışlar. Bu gün dünyanın 20 ölkəsində aparıcı universitetlər arasında gənclərin fleşmobları keçirilir. Bununla bərabər, keçən il bizim kampaniyanın yeni mərhələsi - dövlət və hökumət başçılarına, ATƏT-in Minsk qrupuna, AŞPA-ya, BMT Baş Katibliyinə, dünya parlamentlərinə və beynəlxalq təşkilatlara ünvanlanmış, bu faciəni soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbi irəli sürülən petisiya və müraciətlər yayılması mərhələsi başlanmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti demişdir ki, petisiyanın mətni saytımızda yerləşdirilmişdir və artıq 140 mindən çox insan həmin mətni imzalamışdır.

Leyla Əliyeva qeyd etmişdir ki, bu gün təşkilat öz saytının daha dolğun və maraqlı olan yeni versiyasını təqdim edir. O demişdir: “Bu gün biz Robert Arakelovun kitabını da təqdim edirik, Bu kitabda Xocalı faciəsi haqqında obyektiv və düzgün informasiya verilir. Rəmzi haldır ki, bizim kampaniyanın ən mühüm tədbirlərindən biri dalbadal neçənci ildir ki, Moskvada keçirilir. Axı Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini tənzimləmək potensialına malikdir və bu məsələdə müsbət rol oynaya bilər. Rusiya cəmiyyətinin nümayəndələri birincilər sırasında Xocalıya gedənlərdən və vəziyyəti obyektiv qiymətləndirənlərdən olmuşlar. Buna görə də biz bu gün bu zalda Rusiya cəmiyyətinin nümayəndələrini görməyə şadıq, kədərimizə şərik olduqlarına və bizi dəstəklədiklərinə görə onlara ürəkdən təşəkkür edirik. Bu dəhşətli cinayətə heç cür haqq qazandırmaq olmaz, Azərbaycan xalqı bu faciəyə böyük ürəkağrısı ilə tab gətirmişdir və biz bu cür faciənin bir daha təkrarlanmasına yol verə bilmərik”.

Leyla Əliyeva ümid etdiyini bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə dinc yolla öz həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, qaçqınlar və məcburi köçkünlər öz doğma torpaqlarına, öz evlərinə qayıdacaqlar.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xocalı faciəsinə həsr edilmiş beynəlxalq kampaniyanın əhəmiyyəti və ölkə rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsinə yönəlmiş fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etmişdir.

ÜAK-ın prezidenti Məmməd Əliyev, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, Ural Federal Universitetinin Avropa tədqiqatları kafedrasının müdiri, professor Aleksandr Nesterov, “Xocalıya ədalət” kampaniyasının Moskva üzrə əlaqələndiricisi Kristina Mojayeva və rusiyalı politoloq Aleksey Vlasov öz çıxışlarında xalqımızın faciəsi barədə həqiqətin dünyaya çatdırılması üçün ölkəmizin informasiya siyasətinin müxtəlif aspektlərinə toxunmuş, ədalətli olmağa, bu qanlı cinayətin təqsirkarlarını beynəlxalq hüquq və ümumbəşəri normalar çərçivəsində məsuliyyətə cəlb etməyə çağırmışlar.

Tədbir iştirakçıları www.justiceforkhojaly.org  saytında yerləşdirilmiş petisiya ilə tanış olmuş və elə oradaca həmin sənədi imzalamışlar.

Tədbirdə 600-dən çox qonaq, o cümlədən Türkiyənin və Paraqvayın RF-dəki səfirləri, Moskvada akkreditə edilmiş diplomatik missiyaların, Rusiya XİN-in, ziyalıların, paytaxtın elmi və yaradıcı dairələrinin, Azərbaycan diasporunun, KİV-lərin nümayəndələri, habelə Moskva və regionların ali məktəblərinin tələbələri iştirak etmişlər.

Tədbir iştirakçılarına Robert Arakelovun “Erməni ziyalısının etirafı” kitabının nüsxələri paylanmışdır.

Onu da qeyd etmək lazımdır ki, gənclər Heydər Əliyev Fondunun və RAGT-nin təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasını Rusiyanın 27 regionunda davam etdirmişlər.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Yerli turizm sənayesi nümayəndələri Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfəri ediblər

Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ

Qayıdan xatirələr... VİDEO

Qayıdan xatirələr... VİDEO

İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət - REPORTAJ

ABŞ Cənubi Koreya və Yaponiya ilə birgə hərbi təlimlərə hazırlaşır

Özbəkistan tək səyahət etmək üçün ən yaxşı 5 ölkə sırasına daxil olub

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

MDU-da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub

Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb

Fransada yarım ildə 33 mindən çox sahibkar fəaliyyətini itirib

Çin xaricdə qanun pozuntusuna yol vermiş vətəndaşların ölkədən çıxış qaydalarını sərtləşdirəcək

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

“Sabah”ın polşalı futbolçusu: Mikelsin qolundan sonra dəli kimi ağlamağa başladım

Pakistan səfiri: Yaxın zamanda Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı xoş xəbərlər eşidəcəyik

Laçın bu gün Azərbaycanın yeni inkişaf salnaməsinin parlaq səhifələrindən birinə çevrilib ŞƏRH