Moskvaya PUA hücumu olub
Moskva, 18 avqust, AZƏRTAC
Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
AZƏRTAC xəbər verir ki, Moskva meri Sergey Sobyanin teleqram kanalında hava hücumundan müdafiə qüvvələrinin Rusiya paytaxtına PUA hücumunu dəf etdiyini bildirib. O, aparatlardan birinin qalıqlarının “Eksposentr” Mərkəzi Sərgi Kompleksinin pavilyonlarından birinin üstünə düşdüyünü yazıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
“Eksposentr”in pavilyonunun bir hissəsi dağılıb. Hadisədən sonra Moskvanın hava məkanı bir neçə saatlıq bağlanıb.
Qeyd edək ki, bu, Rusiya paytaxtının işgüzar rayonu sayılan “Moskva siti”yə son bir ayda üçüncü PUA hücumudur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:46]
RF Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]