MSK 20 siyasi partiyanın 519 səlahiyyətli nümayəndəsini qeydə alıb
Bakı, 12 iyul, AZƏRTAC
Mərkəzi Seçki Komissiyası (MSK) indiyədək 20 siyasi partiyanın 519 səlahiyyətli nümayəndəsini qeydə alıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iyulun 12-də keçirilən iclasında söyləyib.
MSK sədri digər partiyaları da seçki prosesində iştirak etməyə çağırıb.