“Mucəm əl-buldən” əsərində Azərbaycan və Qafqaz” kitabı nəşr olunub
Bakı, 8 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyevanın “Mucəm əl-buldən” əsərində Azərbaycan və Qafqaz” adlı kitabı nəşr olunub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, əsərdə orta əsr şəhərlərinin ziyalı mühiti və xilafət ölkələri ilə elmi-mədəni əlaqələr haqqında məlumat verilib. Kitab görkəmli ziyalılar, Azərbaycan və Qafqazın coğrafiyası, iqtisadi-siyasi, elmi-mədəni mühiti barədə dəyərli məlumatları ehtiva edir. Kitab muzeyin Elmi şurasının qərarı ilə dərc olunub. Əsərin elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:27]
“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu
- 05.10.2026 [17:16]
Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq
- 05.10.2026 [16:23]
BMU “ADEX 2026” sərgisində milli tədqiqatlara töhfəsinə görə təltif olunub
- 05.10.2026 [15:43]