Müdafiə naziri “Efes-2018” təlimlərinin İdarəetmə Mərkəzində olub
Bakı, 10 may, AZƏRTAC
Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 10-da İzmirdə keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsində iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyəti yüksək səviyyəli müşahidəçilərlə birgə “Doğanbey” poliqonunda yaradılmış Təlim İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub.