Müdafiə nazirinin müavini hərbi qulluqçularla görüşüb
Bakı, 31 dekabr, AZƏRTAC
Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə hərbi hissələri ziyarət edib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hərbi qulluqçuların sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə maraqlanan nazir müavini müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb.
General-leytenant N.Osmanov xidmətin daha yaxşı təşkili, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eyni zamanda, maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə çatdırıb.
Sonda hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib.