Murmansk şəhər mərkəzi stadionunun rəhbərliyi həmvətənimizə Fəxri Fərman təqdim etmişdir
Bakı, 21 iyul (AZƏRTAC). Həmvətənimiz Əlihüseyn Şükürovun fəaliyyəti Qəhrəman şəhər Murmanskın mərkəzi stadionunun rəhbərliyi tərəfindən Fəxri Fərmanla qiymətləndirilmişdir.
Qeyd edək ki, A.Şükürov əvvəllər Murmansk vilayətinin “Komsomolets Zapolyarya-vsyo dlya vas” qəzetində işləmişdir. Hazırda Azərbaycanın bir sıra KİV-ləri ilə əməkdaşlıq edir. O, həm də Ümumrusiya Azərbaycan Konqresi Murmansk bölməsinin mətbuat katibidir. İxtisasca jurnalist olan A.Şükürov Rusiya Prezidenti yanında Şimal-Qərb Dövlət Xidməti Akademiyasını bitirmişdir.
Fəxri Fərmanda deyilir ki, stadionun rəhbərliyi A.Şükürovu idman tədbirlərini və Murmansk idmançılarının nailiyyətlərini Azərbaycan KİV-lərində işıqlandırdığına görə təltif etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]