Murmansk vilayətində “Yeniyetmə-miqrant” sosial-profilaktika əməliyyatı başlanmışdır
Bakı, 10 sentyabr (AZƏRTAC). Cari il sentyabrın 10-dan Murmansk vilayətinin ərazisində miqrasiya qanunvericiliyinə əməl olunmasına nəzarət edilməsinə, habelə əcnəbi uşaqların hüquqlarının qorunmasına yönəldilmiş “Yeniyetmə-miqrant” kompleks profilaktika əməliyyatı başlanır.
Əməliyyat Yetkinlik yaşına çatmamışların işləri və onların hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən təhsil idarəsi, hüquq mühafizə orqanları və səhiyyə müəssisələri ilə birlikdə keçirilir.
Əməliyyat çərçivəsində məktəbəqədər uşaq tərbiyə və təhsil müəssisələrinə getməyən, qüvvədə olan qanunvericiliyin ziddinə əmək fəaliyyəti ilə məşğul olan, həyat şəraiti ağır olan və ya Rusiya Federasiyası ərazisində qeydiyyatda olmayan xarici ölkə vətəndaşı olan uşaqların aşkara çıxarılması tədbirləri keçiriləcəkdir.
Əməliyyata oktyabrın 16-da Yetkinlik yaşına çatmamışların işləri üzrə komissiyanın geniş iclasında yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]