Murmansk vilayətinin İctimai Palatasının iclasında millətlərarası münasibətlərə dair məsələlər müzakirə ediləcəkdir
Bakı, 24 sentyabr (AZƏRTAC). Sentyabrın 24-də Rusiyanın Murmansk vilayətinin hökumətində regionun İctimai Palatasının geniş iclası keçiriləcəkdir.
Murmansk vilayətinin İctimai Təşkilatlarla Birgə Fəaliyyət və Gənclərə dair İşlər üzrə Komitəsinin məsləhətçisi Rimma Nikolayeva yerli KİV-lərə bildirmişdir ki, iclasda millətlərarası münasibətlərə dair məsələlər müzakirə ediləcəkdir.
İclasa vilayətin milli-mədəni birliklərinin nümayəndələri dəvət olunmuşlar.
Həmvətənimiz, Ümumrusiya Azərbaycan Konqresinin Murmansk Regional Şöbəsinin sədri Afil Hüseynov Rusiyanın Murmansk vilayətinin İctimai Palatasının üzvüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]