MURMANSKDA YAŞAYAN AZƏRBAYCANLI SAHİBKARLAR SƏRGİ-YARMARKAYA HAZIRLAŞIRLAR
Murmansk, 13 aprel (AZƏRTAC). Azərbaycanlı jurnalisti Əlihüseyn Şükürovun verdiyi xəbərə görə, aprelin 23-dən 26-dək Murmansk vilayətinin Apatit şəhərində sahibkarlıq günləri çərçivəsində 10-cu ticarət-sənaye “İmandra-2009” sərgi-yarmarkası keçiriləcəkdir. Sərgi iştirakçıları, o cümlədən Murmanskda yaşayan azərbaycanlı sahibkarkar əmtəə və xidmətlərini təqdim etmək, reklam və marketinq tədbirləri keçirmək imkanı əldə edəcəklər.
İqtisadi İnkişaf Nazirliyinin Şimal ticarət-sənaye palatasının və Apatit administrasiyası ilə birlikdə təşkil etdiyi sərgidən əsas məqsəd vilayətdə kiçik və orta sahibkarlığın potensial imkanlarını nümayiş etdirməkdir. “Dəyirmi masa”lar, seminar və təqdimatların da təşkil olunacağı sərgidə iştirakçılar həllini gözləyən məsələləri müzakirə edəcək, yeni texnologiyalar, əmtəə və xidmət üstünlükləri barədə geniş auditoriyaya məlumat veriləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]