Muxtar respublikada əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb
Naxçıvan, 11 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu muxtar respublikada əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirir. Əvvəlki aylarda olduğu kimi, cari ilin mart ayında da əhaliyə pensiya və müavinətlərin ödənilməsi vaxtından əvvəl başa çatdırılıb.
Fonddan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təyin olunan əmək pensiyalarının və müavinətlərin ödənişi plastik kartlar və poçt bölmələri vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, muxtar respublikada pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə və yaşayış yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi işi yüksək səviyyədə qurulub. Bütün bunlar isə pensiyaçılara göstərilən xidmətin səviyyəsinin daha da yüksəlməsinə imkan yaradıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:28]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:14]