Muxtar respublikada virus infeksiyalarına qarşı dezinfeksiya tədbirləri görülüb
Naxçıvan, 22 iyun, AZƏRTAC
Muxtar respublikada virus infeksiyalarına qarşı mübarizə tədbirləri davam etdirilir.
Naxçıvan Muxtar Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhərinin prospekti və küçələri, məhəllələri, bir sıra müəssisələri daxil olmaqla, 1 milyon 170 min kvadratmetr sahə dezinfeksiya olunub.
Dezinfeksiya tədbirləri Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin xüsusi qurğu quraşdırılmış 4 avtomobili və Baytarlıq İdarəsinin 2 dezinfeksiya avtomobili vasitəsilə həyata keçirilib.
Əhalinin yoluxucu xəstəliklərdən qorunması istiqamətində dezinfeksiya tədbirləri muxtar respublikanın rayonlarında da davam etdirilib.