Naftalanın universal döyüşçüləri dünya kubokunda uğurla çıxış ediblər
Bakı, 5 iyul, AZƏRTAC
Ukrayna Respublikasının Koblevo şəhərində təşkil edilən universal döyüş növləri üzrə yeniyetmə, gənclər və böyüklər arasında keçirilən dünya kubokunda iştirak edən Naftalan Şəhər Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirmələri uğurla çıxış ediblər.
Naftalan Şəhər Gənclər və İdman İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, universal döyüş növlərinin light və classic versiyaları üzrə ümumilikdə 28 ölkədən 400-ə qədər idmançının iştirak etdiyi beynəlxalq yarışda Azərbaycan yığma komandası 24 nəfər idmançı ilə təmsil olunub ki, onlardan da 2 nəfəri Naftalan şəhər UGİM-in yetirmələri olub.
Belə ki, şəhəri təmsil edən idmançılardan Sadiq Qurbanov light versiyası üzrə 55 kiloqram çəki dərəcəsində gümüş, classic versiya üzrə bürünc medal qazanıb. Yığmanın digər üzvü Amid Əmirov isə light versiyası üzrə 66 kiloqram çəki dərəcəsində üçüncü yeri tutub.
Qeyd edək ki, dünya kubokunda komandamız ümumilikdə 8 qızıl, 2 gümüş, 9 bürünc medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]