Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Naxçıvan Bağları” Tərəvəz Məhsulları İstixana Kompleksi istifadəyə verilib

Naxçıvan, 3 dekabr, AZƏRTAC

“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada yeni istixana komplekslərinin yaradılması və tərəvəz məhsulları istehsalının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sahədə görülən işlərin davamı olaraq dekabrın 3-də Kəngərli rayonunun Böyükdüz kəndində “Naxçıvan Bağları” Tərəvəz Məhsulları İstixana Kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni istehsal müəssisələri yaradılır. Son illər özəl bölmənin fəaliyyətinin dəstəklənməsi, xüsusilə sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istehsal müəssisələri şəbəkəsinin genişlənməsinə səbəb olub. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq ötən dövrdə Sahibkarlığa Kömək Fondu tərəfindən 1174 layihənin həyata keçirilməsi üçün 104 milyon manatdan artıq kredit verilib. Göstərilən qayğı nəticəsində 2014-cü ildə muxtar respublikada 40 yeni istehsal və xidmət sahəsi yaradılıb. Yeni yaradılan istehsal müəssisələri arasında istixana kompleksləri mühüm yer tutur. Hazırda muxtar respublikada ümumi sahəsi 100 min kvadratmetrdən artıq olan istixana kompleksləri fəaliyyət göstərir. Bu da payız-qış mövsümündə əhalinin keyfiyyətli tərəvəz məhsulları ilə təminatında mühüm rol oynayır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Bağları” Tərəvəz Məhsulları İstixana Kompleksinin təşkilatçılarına təşəkkürünü bildirib, müəssisənin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Ölkəmizdə sahibkarlığın inkişafına hərtərəfli qayğı göstərilir. Bunun da nəticəsində ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 86 faiz təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin mütəmadi olaraq sahibkarlarla görüşməsi, bu sahə üzrə yeni vəzifələrin müəyyənləşdirilməsi özəl bölmənin inkişafına təkan verib. Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hər il sahibkarlarla görüşlər keçirilir, görülmüş işlər müzakirə olunur və qarşıda duran vəzifələr müəyyənləşdirilir.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada tərəvəz məhsulları istehsalını həyata keçirən istixana komplekslərinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Ona görə də “Naxçıvan Bağları” Tərəvəz Məhsulları İstixana Kompleksinin biznes planı təsdiq edildikdən sonra Sahibkarlığa Kömək Fondu tərəfindən kredit ayrılıb və müəssisə yaradılıb. 2014-cü ildə muxtar respublikada istifadəyə verilən istehsal müəssisələri arasında ən çox investisiya məhz bu sahənin yaradılmasına sərf olunub. Çünki əhalinin ilboyu keyfiyyətli tərəvəz məhsullarına olan tələbatının ödənilməsi vacib şərtdir. Bunun üçün də yeni istehsal müəssisələri yaradılmalı, sahibkarların fəaliyyəti dəstəklənməli, istehsal sahəsinin rentabelli işləməsi üçün daxili bazar qorunmalıdır.

Ali Məclisin Sədri deyib: Hər bir ölkənin iqtisadi inkişafında, əhalinin məşğulluğunun təmin olunmasında və ərzaq məhsullarına olan tələbatının ödənilməsində sahibkarlıq fəaliyyətinin mühüm yeri vardır. Ona görə də bu gün ölkəmizdə, eləcə də muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə hərtərəfli qayğı göstərilir. Bundan sonra da muxtar respublikada sahibkarlar qayğı ilə əhatə olunacaq, onlara hərtərəfli dövlət dəstəyi göstəriləcəkdir.

Ali Məclisin Sədri müəssisənin rentabelli işləyəcəyinə əminliyini bildirib, bir daha kollektivi təbrik edib, istixana kompleksində yaradılan şəraitlə tanış olub.

Sahibkar Elçin Bağırov istixana kompleksi haqqında məlumat verib. Bildirib ki, müəssisə yaradılarkən Sahibkarlığa Kömək Fondundan 2 milyon manat kredit götürülüb, 2 milyon 150 min manat şəxsi investisiyadan istifadə edilib. Kompleksin yaradılmasının əsas məqsədi əhalini ekoloji cəhətdən sağlam tərəvəz məhsulları ilə təmin etməkdən ibarətdir. 46 min kvadratmetr sahəsi olan yeni istixana kompleksində tərəvəz bitkilərinin əkini, şitil yetişdirilməsi, turşu istehsalı, dibçək güllərinin yetişdirilməsi və satışı sahəsi yaradılıb, hazır məhsulların saxlanılması üçün soyuducu anbar tikilib. Kompleksdə Türkiyə, İspaniya, İsrail və İtaliya istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb, 2,7 kilometr uzunluğunda drenaj şəbəkəsi çəkilib, 3 traktor və məhsulların satış məntəqələrinə çatdırılması üçün soyuducu kameralı nəqliyyat vasitələri alınıb.

Kompleks tam avtomatlaşdırılmış iqlim-nəzarət, istilik-mühafizə, havalandırma, gübrələndirmə və suvarma sistemləri ilə təchiz edilib. Burada damcı və çiləmə suvarma üsulundan istifadə edilir. Müasir texnologiyaların tətbiqi bazara rəqabətə davamlı məhsul çıxarılmasına imkan verəcəkdir. Şitillərin tozlandırılması xüsusi işçi arılar vasitəsilə həyata keçirilir ki, bu da məhsuldarlığın təbii yolla artırılmasında və ekoloji təmiz məhsulların istehsalında mühüm amildir. İstehsal prosesində yalnız üzvi gübrədən istifadə olunur. Müəssisədə yaradılan soyuducu anbar isə tələbatdan artıq istehsal olunan məhsulların keyfiyyətinin itirilmədən saxlanılmasına imkan verəcəkdir.

İlkin mərhələdə kompleksdə 21 min xiyar, 105 min pomidor və 18 min çiyələk şitili əkilib. Müəssisənin illik istehsal gücü 1300 tondur. Məhsullar müxtəlif çəkili və gigiyenik qaydalara uyğun taralarda qablaşdırıldıqdan sonra satış məntəqələrinə göndərilir. Gələcəkdə kompleksin sahəsinin genişləndirilməsi və digər tərəvəz məhsullarının yetişdirilməsi də nəzərdə tutulur. Kompleksdə təhlükəsizlik kameraları quraşdırılıb, iş otaqları və yeməkxana istifadəyə verilib. İstixana kompleksində 50 nəfər işlə təmin olunub.

Ali Məclisin Sədri muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyini bildirib, bazarın yerli tərəvəz məhsulları ilə təmin olunması, ekoloji təmiz məhsulların istehsalına diqqətin artırılması və bu sahə ilə məşğul olan sahibkarların fəaliyyətinin dəstəklənməsi barədə aidiyyəti qurumlara tapşırıqlar verib.

Sahibkar Elçin Bağırov muxtar respublikada sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradıldığını söyləyib və göstərilən qayğıya görə minnətdarlığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO