Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikasında səhiyyə sistemi yeni inkişaf mərhələsində

Naxçıvan, 17 iyun, AZƏRTAC

İnsan sağlamlığı bütün dövrlər üçün aktual məsələlərdən biri hesab olunur. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında insanların sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi istiqamətində mühüm işlər görülür.

Hazırda muxtar respublikada əhaliyə 236 tibb müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 208-i rayonların, digərləri isə Naxçıvan şəhərinin payına düşür. Həmin tibb müəssisələrində 734 həkim, 2 mindən artıq tibb işçisi çalışır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il mayın 27-də imzaladığı Sərəncam ilə həmin ildən başlayaraq muxtar respublikanın dövlət səhiyyə müəssisələrində bütün növ pullu xidmətlər ləğv edilib. Tibb ocaqlarının müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchiz edilməsi, lazımi sanitar şəraitin yaradılması və pulsuz xidmətin təşkili hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan yaradır.

Muxtar respublikada səhiyyə quruculuğu tədbirləri sürətlə davam etdirilir. Təkcə ötən il Naxçıvanda 13 səhiyyə müəssisəsi istifadəyə verilib, səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması əhalinin sağlamlığının qorunması işində əsaslı dönüşə nail olunub. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında yenidənqurma işləri aparılır, bu sağlamlıq ocağı müasir tibbi avadanlıqlarla təmin edilir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il aprelin 11-də imzaladığı Sərəncam ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə doqquz milyon manat ayrılıb. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzi, İmmun Çatışmazlığı Sindromu ilə Mübarizə Mərkəzi, Dəri-Zöhrəvi Dispanseri üçün binaların tikintisi də davam etdirilir.

Bu gün muxtar respublikada səhiyyə sahəsində görülən işlər ancaq quruculuq tədbirləri ilə yekunlaşmır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi dövlət proqramlarının icrasını əsas fəaliyyət istiqaməti kimi götürərək verilən tapşırıqları uğurla icra edir. Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən profilaktik və əks-epidemik tədbirlər mütəmadi olaraq davam etdirilir, su anbarlarında, su təchizatı qurğularında, ictimai, inzibati və digər binalarda, məişət suları axıdılan və tullantılar toplanan yerlərdə dezinfeksiya və dezinseksiya işləri aparılır. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Dünya Səhiyyə Təşkilatının müntəzəm monitorinqdə saxladığı əsas yoluxucu xəstəliklərə, o cümlədən salmonellyoz, bakterial dizenteriya, difteriya, epidemik parotit, pedikulyoz, malyariya, leyşmanioz, poliomielit və tetanus kimi xəstəliklərə muxtar respublika ərazisində təsadüf olunmur. Digər yoluxucu xəstəliklər isə əvvəlki illərlə müqayisədə xeyli azalıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu sahədə görülən işləri yüksək qiymətləndirərək deyib: “Bu gün muxtar respublikada insanların sağlamlığının qorunması, onların müalicə və müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirilməsi, yüksək səhiyyə xidmətinin təşkili öz bəhrəsini verir. Artıq muxtar respublikada ciddi problem yaradan xəstəliklər yoxdur, insanların sağlamlığı daim diqqət mərkəzində saxlanılır”.

Ali Məclis Sədrinin tapşırığı ilə kardiocərrahiyyə, uroloji, plastik, göz, angioqrafiya və digər yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikaya gətirilməsi, aztəminatlı ailələrdən olan xəstələr üçün nəzərdə tutulmuş xüsusi sağlamlıq layihələrinin reallaşdırılması insanların sağlamlığına göstərilən diqqət və qayğının bariz ifadəsidir. Təkcə 2014-cü il ərzində sosial layihələr çərçivəsində Türkiyə Respublikasından və Bakı şəhərindən mütəmadi olaraq dəvət edilmiş yüksəkixtisaslı həkimlər - oftalmoloqlar, plastik və laporoskopik cərrahlar tərəfindən, bütövlükdə, 294 cərrahi əməliyyat aparılıb. Bu əməliyyatların yerli həkimlərlə birgə aparılması onların peşə vərdişlərinin yüksəldilməsində mühüm rol oynayır.

Səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kadr təminatının təkmilləşdirilməsi də vacib məsələ kimi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Tibb Kollecində ali və orta ixtisas tibb kadrlarının hazırlanması bu işdə mühüm nailiyyətlərin qazanılması ilə nəticələnib. Artıq bu təhsil ocaqlarını bitirən gənc tibb işçiləri muxtar respublikanın xəstəxanalarında çalışırlar. Bununla yanaşı, həkimlərin peşə vərdişlərinin artırılması məqsədilə çoxsaylı seminarlar, konfranslar keçirilir, tibb işçiləri Bakı şəhərinə və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına kurslara göndərilirlər. Bütün bunların nəticəsidir ki, artıq muxtar respublikadan olan həkimlər müstəqil şəkildə xəstələr üzərində açıq ürək, laporoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatlar aparırlar.

Müasir dövrdə əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin əsas istiqamətlərindən birini də səhiyyə maarifi işi təşkil edir. Əhali arasında səhiyyə maarifinin gücləndirilməsində və yerlərdə onlara tibbi xidmət göstərilməsində həkim briqadalarının böyük rolu var. Bu briqadalar cədvəl əsasında kəndlərdə olur, əhaliyə tibbi xidmət göstərirlər. Bu da xəstəliklərin qarşısının alınması, onların erkən aşkar edilməsi və vaxtında müalicə olunması baxımından əhəmiyyətlidir.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva “Həkimin yüksək vəzifəsi” monoqrafiyasında haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”. Naxçıvanın səhiyyə müəssisələrində çalışan həkimlər öz peşələrinə məhz bu aspektdən yanaşaraq insanlara nümunəvi tibbi xidmət göstərirlər. Onların da əməyi dövlətimiz tərəfindən həmişə layiqincə qiymətləndirilir. Təkcə bir faktı qeyd edək ki, muxtar respublikada səhiyyə müəssisələrində çalışan yüzdən çox səhiyyə işçisi Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Əməkdar Həkimi, Əməkdar Tibb İşçisi fəxri adlarına layiq görülüb, “Tərəqqi” medalı, “Səhiyyə əlaçısı”, “Rəşadətli əməyə görə” nişanı və fəxri fərmanlarla təltif ediliblər.

Milli dövlət quruculuğu strategiyasında səhiyyənin də inkişafına həssaslıqla yanaşan, bu sahəyə diqqət və qayğısını heç zaman əsirgəməyən ulu öndər Heydər Əliyev tibb işçilərinə müraciətlə deyirdi: “...Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə - insanların sağlamlığının qorunması işinə həsr etmisiniz. Əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar bizi sevindirir. Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir”.

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncamı ilə hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu günün qeyd olunması ölkəmizdə səhiyyə sahəsinə, o cümlədən tibb işçilərinə göstərilən qayğının parlaq təzahürüdür. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikadakı tibb işçiləri peşə bayramlarını yüksək nailiyyətlərlə qeyd edirlər.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib