Naxçıvanda 3 kiçik dövlət müəssisəsi hərrac yolu ilə özəlləşdirilib
Naxçıvan, 30 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən növbəti hərrac keçirilib.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rayon idarələrinə məxsus əmlakların hərracla satışı zamanı Hərracların Təşkili Mərkəzi tərəfindən şəffaflıq tam təmin olunub, prosesin videoçəkilişi aparılıb.
Sifarişçilərin iştirakı ilə özəlləşdirilməyə çıxarılmış 4 kiçik dövlət müəssisəsindən 3-ü hərrac yolu ilə satılıb. Ordubad şəhərində yerləşən kiçik dövlət müəssisəsinin sifarişçisi olmadığından hərrac baş tutmamış hesab olunub.
Keçirilməsi nəzərdə tutulan müsabiqə və hərraclarla bağlı ətraflı məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet saytından, sosial şəbəkə hesablarından əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:51]
Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb
- 09.06.2026 [21:44]
Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb
- 09.06.2026 [21:34]
Salyanda yol qəzası olub, xəsarət alanlar var
- 09.06.2026 [20:55]
Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO
- 09.06.2026 [19:32]
Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir
- 09.06.2026 [19:01]
Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib
- 09.06.2026 [18:55]