ELM VƏ TƏHSİL
Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir
Bakı, 15 avqust, AZƏRTAC
Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin ikinci günündə riyaziyyat, tarix, ingilis və rus dili müəllimliyi üzrə namizədlər dəvət olunub.
Bu barədə AZƏRTAC-a Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.
Müsahibədə vakansiya seçimində iştirak edən 48 namizədin iştirakı nəzərdə tutulur. Müsahibə zamanı namizədlərin peşəkar səriştələri, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.
Müsahibənin nəticəsi namizədin şəxsi kabinetinə göndəriləcək.
Namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.