Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Naxçıvandan başlanan yol” mövzusunda konfrans keçirilib

Bakı, 27 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Naxçıvandan başlanan yol” mövzusunda konfrans keçirilib. Konfrans Naxçıvan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə baş tutub.

ASK-dan AZƏRTAC-a bildirilib ki, konfransdan əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, onun xatirəsini yad ediblər. Ümummilli Liderin həyat yolunu əks etdirən eksponatlarla tanış olublar.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan konfransı giriş sözü ilə açan Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov 2023-cü ilin ölkəmiz üçün böyük əlamətdar hadisələrlə yadda qalacağını vurğulayıb. Bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin Vətənimizin hər yerində təntənəli şəkildə qeyd edildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyində suverenliyimizin bütün ərazilərimizdə bərpa olunduğunu söyləyib: “Ümummilli Liderimizin həyatında Naxçıvan xüsusi səhifələrdən birini tutur. Naxçıvandan başlanan yol Azərbaycan dövlətçiliyinin qorunmasına, ölkəmizin inkişafına, gələcək uğurlara apardı.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ümummilli Liderin şanlı həyat yolu, dövlət müstəqilliyimizin qorunması istiqamətində gərgin fəaliyyəti, ölkəmizin xarici siyasətinin qurulması və daxili sabitliyin əldə olunması sahəsində gördüyü işlərdən danışıb. F.Nəcəfli Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinə başlamasından ötən 20 ildə ölkəmizin əldə etdiyi siyasi və iqtisadi uğurları qeyd edərək, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, qarşıda duran vəzifələr barədə iştirakçılara məlumat verib.

“Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, ümumiyyətlə region üçün böyük əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi qardaş Türkiyə ilə logistikada mühüm həlqədir”, - deyə F.Nəcəfli qeyd edib.

Səlahiyyətli nümayəndə Naxçıvanın inkişafı üçün qəbul olunan sosial-iqtisadi proqramın əsas istiqamətləri, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, xüsusən də sənaye sektorunun inkişafı üzrə mühüm addımlar atılacağını bildirib: “Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi üçün proqram hazırlanır və Naxçıvanda xüsusi iqtisadi rejimi əhatə edən layihənin üzərində işləyirik”.

O, sahibkarlığın inkişafı, investisiya qoyuluşlarının təminat verilməsinə və digər tədbirlərin Naxçıvanda özəl sektorun inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev müasir Azərbaycanın banisi Heydər Əliyevin şərəfli həyat yoluna toxunub. “Bizim üçün önəmli bir tarix də Ulu Öndərimizin layiqli davamçısı İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 ilinin tamam olmasıdır. Son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır”, - deyə M.Musayev qeyd edib.

Naxçıvanın iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək bildirib ki, cari ilin 9 ayı ərzində muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən sahibkarlara 100 milyon manatdan çox kreditlər verilib ki, bunun 4 milyon 197 min manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşüb. Fondun kreditlərinin 3 milyon 690 min manatı sənayenin, 492 min manatı kənd təsərrüfatının, 15 min manatı isə xidmət sahələrinin inkişafına yönəldilib.

Həmçinin Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvanda fəaliyyət göstərən bütün banklara 15 milyon manat vəsait ayrılıb. Bu vəsaitdən cari ilin 9 ayı ərzində Naxçıvanda fəaliyyət göstərən sahibkarlara 1 milyon 375 min manat güzəştli şərtlərlə kredit ayrılıb ki, bunun 450 min manatı sənayenin, 250 min manatı kənd təsərrüfatının, 675 min manatı isə xidmət sektorunun payına düşüb.

Nazir vurğulayıb ki, sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və effektivliyinin artırılması, bu sahədə operativliyin və rahatlığın təmin olunması baxımından Naxçıvan Muxtar Respublikasının rayonları üzrə KOB dostları fəaliyyətə başlayıb.

Tapdıq Əliyev bu uğurların əldə edilməsində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasının önəmini vurğulayıb.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsi, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Qarşıda duran hədəf kimi investorların Naxçıvana cəlb edilməsi ilə bağlı ardıcıl işlərin görüldüyünü diqqətə çatdırıb. Nazir müavini Naxçıvanda orqanik qida məhsullarının becərilməsi üçün ekoloji tarazlığın qorunduğunu bildirib. Orqanik məhsulların yetişdirilməsi üçün artıq yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başladığını vurğulayan X.Dadaşova aqroklastrların yaradılması üçün müvafiq sahələrin seçildiyini və dövlət dəstəyindən istifadə, təşviq sənədləri ilə bağlı əlavə tədbirlərin nəzərdə tutulduğunu bildirib. O, Naxçıvandan kənd təsərrüfatı məhsullarının ixracı və idxalı prosedurlarının tam təmin edildiyini, balıqçılıq, quşçuluq təsərrüfatlarını investisiya tutumlu sahələr olduğunu qeyd edib.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev çıxışında bildirib ki, hazırda 7 bankın 18 filialı, 2 banka məxsus 7 bank şöbəsi, 2 bank olmayan kredit təşkilatı və 1 kredit ittifaqı fəaliyyət göstərir. Cari ilin ötən dövründə yaradılmış əlverişli mühit sayəsində sığorta şirkətlərinin sayında da əhəmiyyətli artım olub və hazırda Muxtar Respublikada onların sayı 6-ya çatıb.

“Cari ilin ötən dövründə regionda fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən ümumilikdə 294 milyon 344 min manat kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,2 faiz çoxdur. Verilmiş kreditlərin 35,4 faizi və ya 104 milyon 304 min manatı regionda real sektorun inkişafına yönəldilib, bu da ötən ilin müvafiq göstəricisindən 2,8 dəfə çoxdur”, - deyə E.Əliyev qeyd edib.

Sonra tədbir Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmin nümayişi və sahibkarlar üçün yaradılan müzakirə platforması ilə yekunlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO