Nazir müavini: Kənd təsərrüfatında rəqəmsallaşma üzrə kadr hazırlığının genişləndirilməsi başlıca hədəflərdəndir
Bakı, 19 dekabr, AZƏRTAC
Kənd təsərrüfatında rəqəmsallaşma üzrə kadr hazırlığının genişləndirilməsi qarşıya qoyulan başlıca, strateji əhəmiyyətli hədəflərdəndir.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisdə keçirilən “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
İstehsalatla universitet arasındakı əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayan nazir müavini bildirib: “Sadəcə, məzunların olması kifayət etmir. Müəyyən təcrübə qazanmış, xüsusilə kənd təsərrüfatı sahəsində oxuduğu illərdə belə təcrübə əldə edə bilmiş kadrlar əhəmiyyətlidir. Aqrar sahədə fəaliyyət göstərən şirkətlər, iri fermer təsərrüfatları, aqrar sənaye müəssisələri ilə universitet–sənaye əməkdaşlığının dərinləşdirilməsi tələbə hazırlığının keyfiyyətini artıracaq. Bu istiqamətdə də Azərbaycan Dövlət Aqrar Universitetinin qarşısında strateji hədəflər qoyulub”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:13]
“Filtrsiz” podkastının qonağı bloqer Sausan Cəfər olub VİDEO
- 01.10.2026 [13:54]
Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]