Nazirlik Suraxanı rayonunda ağac kəsilməsi ilə bağlı şikayəti yerində araşdırıb
Bakı, 11 yanvar, AZƏRTAC
Paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 4 a ünvanında ağac kəsilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.
Nazirliyin Regional ekologiya idarəsinin rəisi Əlişah Rəcəbov AZƏRTAC-a bildirib ki, həmin ünvana keçirilən baxış zamanı ərazidə "Abad məhəllə" layihəsi çərçivəsində abadlıq işlərinin aparıldığı, yaşıllıqlara aqrotexniki xidmət göstərildiyi müəyyən edilib. Araşdırma zamanı piyada səkisində sakinlərin gediş-gəlişinə maneçilik törədən bir ədəd Oleyandr kolunun götürüldüyü məlum olub.
Ə.Rəcəbov onu da qeyd edib ki, "Abad məhəllə" layihəsi çərçivəsində məhəllələrdə yeni yaşıllıqlar salınır, sakinlərin, uşaqların istirahəti üçün guşələr yaradılır. Bu məhəllədə də onlarla ağac və kol bitkisi əkiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]