NAZRAN PROKURORUNA QƏSD EDİLMƏSİ NƏTİCƏSİNDƏ 12 NƏFƏR ZƏRƏR ÇƏKMİŞDİR
İnquşetiya Daxili İşlər Nazirliyinin məlumatına görə, əvvəlcə prokurorun evinin yerləşdiyi Lermontov küçəsində iki partlayış olmuş, sonra isə yanğın baş vermişdir. Ətrafdakı evlərin sakinləri yanğını söndürmək üçün yığılmağa başlayanda üçüncü partladıcı qurğu işə düşmüşdür.
Respublika DİN-də bildirmişlər ki, terror aktı yerində qumbaraların iki mili, habelə cinayətkarların əldəqayırma partladıcı qurğu hazırlamaq üçün istifadə etdikləri kanistrın hissəsi aşkar olunmuşdur.
Xazbiyev sui-qəsd vaxtı evdə olmadığından zərər çəkməmişdir, lakin onun kiçik qardaşı, 27 yaşlı Adəm Xazbiyev həlak olmuşdur. Zərərçəkənlərin dördü ağır vəziyyətdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]