NEFTAYIRANLAR ÜÇÜN ÇOXMƏNZİLLİ DAHA İKİ BİNA İNŞA EDİLİR
Bakının 8-ci Kilometr yaşayış massivində neftayıranlar üçün daha iki çoxmənzilli binanın tikintisi başa çatmaq üzrədir. 48 və 85 mənzilli bu binalarda indi son tamamlama işləri görülür.
Heydər Əliyev adına Bakı neft emalı zavodundan AZƏRTAC-a bildirmişlər ki, həmin evlərdəki mənzillər 2006-cı ilin I rübündə kollektiv üzvlərinə paylanacaqdır.