Neftçalada onlayn tədbir: Ömrün şəhidlik zirvəsi
Neftçala, 15 mart, Mahir Babayev, AZƏRTAC
Neftçala Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Ömrün şəhidlik zirvəsi” adlı onlayn tədbir keçirilib.
Tədbirdə Vətən müharibəsi şəhidlərimizin ailə üzvləri, qazilər və Salyan, Masallı, Hacıqabul, Zərdab, Xaçmaz, Samux, Kürdəmir, Ucar, Siyəzən, Qazax, Ağstafa, Beyləqan, Gəncə, Şamaxı rayon Heydər Əliyev mərkəzlərinin direktorları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlıqlarından, Azərbaycan Ordusunun torpaqlarımızı düşmən tapdağından azad etməsindən söz açıblar.
Vətən müharibəsinin qazisi Əli Talıblı çıxışında Vətənin keşiyində dayanmağın müqəddəs vəzifə olduğunu deyib, şəhidlik zirvəsinin ucalığından bəhs edib.
Vətən müharibəsi iştirakçısı olmuş mədəniyyət işçisi Kamran Zeynalov ordu sıralarında xidmət etməyindən qürur duyduğunu bildirib, qəhrəman oğullarla çiyin-çiyinə döyüşdüyü üçün özünü xoşbəxt saydığını vurğulayıb.
Kamran Zeynalov şəhid Xudayar Yusifzadənin sevdiyi “Vətən yaxşıdır” mahnısını ifa edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb
- 07.10.2026 [15:58]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib
- 07.10.2026 [15:38]
Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO
- 07.10.2026 [15:30]
Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək
- 07.10.2026 [14:49]
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
- 07.10.2026 [14:41]