“Neftçi” “Beşiktaş”la oyunda fasiləyə üstün yollanıb
Bakı, 17 avqust, AZƏRTAC
Türkiyədə “Neftçi” və “Beşiktaş” arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Beşiktaş” stadionunda oynanılan qarşılaşmada Azərbaycan təmsilçisi fasiləyə üstün yollanıb. Yeganə qolu 35-ci dəqiqədə Bakı klubunun kapitanı Emin Mahmudov vurub.
Matçı avstriyalı baş hakim Yulian Veynberger idarə edir.
Ötən həftə Bakıda reallaşan ilk matçda “Beşiktaş” 3:1 hesablı qələbə qazanıb.
Komandalar meydana aşağıdakı start heyətləri ilə çıxıblar:
“Beşiktaş”: 34. Mert Günok (k), 24. Valentin Rosye, 20. Necip Uysal, 12. Daniel Emerti, 77. Umut Meraş, 71. Cin Onana, 83. Gedson Fernandeş, 21. Dəmir Tıknaz, 7. Ante Rebiç, 90. Semih Kılıçsoy, 40. Cekson Muleka
Ehtiyat oyunçular: 1. Ersin Destanoğlu, 97. Utku Yuvakuran, 3. Fransisko Montero, 4. Onur Bulut, 8. Salih Uçan, 9. Cenk Tosun, 10. Vensan Abubakar, 17. Kərəm Kesgin, 19. Amir Haciahmetoviç, 23. Kartal Yılmaz, 26. Artur Masuaku, 99. Emrecan Bulut
Baş məşqçi: Şenol Günəş
"Neftçi": 1. İvan Brkiç, 99. Ervin Koffi, 5. Kenni Sayef, 4. Mark Tamaş, 44. Yuri Matias, 23. Ataa Caber, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 11. Kilan Lebon, 9. Andre Şinyaşiki, 5. Aaron Olanare
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski
Baş məşqçi: Adrian Mutu