“Neftçi İdman Klubu”nun kikboksçuları beynəlxalq turnirdə iki medal qazanıblar
Bakı, 27 dekabr, AZƏRTAC
Kiyevdə kikboksinq üzrə “Wizard Open-2017” beynəlxalq turniri keçirilib. Yarışda 300-dən artıq idmançı qüvvəsini sınayıb.
AZƏRTAC xəbər verir ki, “Neftçi İdman Klubu” Azərbaycan yığmasının heyətində iki yetirməsi ilə təmsil olunub və onların hər ikisi mükafata layiq yer tutub.
Turnirdə 71 kiloqram çəki dərəcəsində mübarizə aparan Sehran Baxşıyev loukik versiyasında turnirin qalibi adını qazanıb. İsgəndər Hacıyev (67 kq) isə full kontakt yarışlarının gümüş medalına sahib olub.
Klubun kikboksinq üzrə məşqçisi Elnur Alıyev isə turnirdə ədalət təmsilçisi qismində çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [12:56]