“Neftçi” klubu Filip Ozobiçlə müqavilə imzalayıb
Bakı, 30 iyun, AZƏRTAC
Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü transfer edib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, Xorvatiya əsilli Filip Ozobiçlə ikiillik müqavilə bağlanıb.
Otuz iki yaşlı yarımmüdafiəçi komandanın heyətində 10 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə “Qəbələ” və “Qarabağ”da forma geyinib. Yarımmüdafiəçi Azərbaycan çempionatının qalibi (2019-cu, 2020-ci, 2022-ci, 2023-cü) və iki ən yaxşı bombardirindən biri (2017) olub, Xorvatiya (2013) və Azərbaycan (2022) kubokunu başı üzərinə qaldırıb. Xorvatiyanın əsas və müxtəlif yaş qruplarından ibarət yığma komandalarının formasını geyinmiş Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 10 oyun keçirib, 1 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]