“Neftçi” klubu “Səbail” ilə oyuna itkilərlə hazırlaşır
Bakı, 24 noyabr, AZƏRTAC
“Neftçi” futbol klubu Azərbaycan Premyer Liqasının XII turunda qarşılaşacağı “Səbail” ilə matçın hazırlığını davam etdirir.
AZƏRTAC kluba istinadla xəbər verir ki, ikigünlük fasilədən sonra hazırlığı bərpa edən komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb.
“Sabah”la oyunda zədələnmiş qapıçı Aqil Məmmədov hazırlıqda iştirak etməyib. Zədəli hücumçu Tiaqo Bezerra isə komandadan ayrı çalışıb. Digər bütün futbolçuların qatıldığı məşq prosesi əsasən toplu çalışmalardan ibarət olub.
Qeyd edək ki, noyabrın 27-də "Bakcell Arena"da keçiriləcək “Neftçi” - “Səbail” matçı saat 18:15-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]
Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı
- 14.10.2026 [10:31]