“Neftçi” Qara Qarayevlə müqavilə imzalayıb
Bakı, 24 iyul, AZƏRTAC
Bakının “Neftçi” klubu Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayevlə müqavilə imzalayıb.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb. Futbolçu yeni komandasının heyətində 2 nömrəli formanı geyinəcək.
Təcrübəli oyunçu karyerası ərzində yalnız "Qarabağ"da çıxış edib. O, 2008-ci ildən oynadığı Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Milli komandanın heyətində 76 oyun keçirib.
Qeyd edək ki, "Neftçi" bundan əvvəl yığmanın digər üzvləri - qapıçı Emil Balayevi, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi, həmçinin mərkəz müdafiəçiləri - braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaşı transfer edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]