İDMAN
“Neftçi” son yoxlama görüşündə “Spartak”a məğlub olub
Bakı, 18 iyul, AZƏRTAC
Rusiyada təlim-məşq toplanışında olan “Neftçi” yeni mövsüm öncəsi son yoxlama görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, “Neftçi” Moskvada “Spartak” komandası ilə üz-üzə gəlib.
“Otkrıtiye Bank Arena”da baş tutan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Spartak”ın heyətində 34-cü dəqiqədə Pavel Meleşin, 37-ci dəqiqədə isə Kuinsi Promes fərqləniblər.
İyulun 19-da Bakıya qayıdacaq komanda hazırlığın son mərhələsini paytaxtda davam etdirəcək.
Daha əvvəl Sankt-Peterburqda “Match TV” turnirində iştirak edən “Neftçi” Rusiyanın “Zenit” (1:3), Serbiyanın “Srvena Zvezda” (0:4) və Türkiyənin “Fənərbağça” (0:1) klubları ilə qarşılaşıb.