Nepalda COVID-19 infeksiyasına gündəlik yoluxma sayı ilk dəfə 5 mini ötüb
Pekin, 10 oktyabr, AZƏRTAC
Nepalda ötən sutka ərzində COVID-19 virusuna yoluxma sayı ilk dəfə 5 mini ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan “Worldometers” saytına istinadla xəbər verir ki, ötən sutka qeydə alınan 5008 yoluxma ilə birlikdə ümumi yoluxma sayı 105 min 684-ə çatıb. Pandemiya qurbanlarının sayı isə 614-dür. Hazırda Nepalda 30 mindən çox aktiv xəstə var.
Qeyd edək ki, Nepalda pandemiyanın ilk vaxtlarında çox az sayda yoluxmalar olurdu. Təxminən 4 aylıq sərt karantin rejiminin iyulda yumşaldılmasından sonra sutkalıq yoluxma sayında artım müşahidə edilir. Əhalinin sıx yaşadığı ərazilərdə, o cümlədən paytaxt Katmanduda, Pokhara şəhərində və ölkənin cənubundakı yaşayış məntəqələrində yoluxma sayı sürətlə artır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]