Azərbaycan Dövlət İnformasiya Agentliyi

NƏQLİYYAT NAZİRİ ZİYA MƏMMƏDOVUN ÇIXIŞI

-Zati-aliləri, möhtərəm cənab Prezident!

Hesabat dövründə nəqliyyat-yol kompleksinin fəaliyyəti ulu öndər Heydər Əliyevin qurucusu olduğu və cənab Prezident, Sizin rəhbərliyiniz altında hazırda sürətlə inkişaf edən ölkəmizin iqtisadiyyatının və əhalinin nəqliyyat xidmətlərinə olan tələbatının ödənilməsinə, respublikamızın tranzit potensialının artırılmasına, nəqliyyat infrastrukturunun və parkının yeniləşdirilməsinə yönəldilmişdir.

Zati-aliləri, dərin minnətdarlıq hissi ilə qeyd etmək istərdim ki, daimi diqqət və qayğınız sayəsində müasirləşən, sürətlə inkişaf edən, keyfiyyətcə yeni tələblər səviyyəsində formalaşan nəqliyyat sektorunda 2007-ci ilin 9 ayı ərzində müvafiq tədbirlər görülmüşdür. Bu dövrdə bütün növ nəqliyyat vasitələri ilə 88 milyon ton, əvvəlki ilə nisbətən 1,7 faiz çox yük daşınmışdır. Sərnişin daşınması 7,9 faiz artaraq 846 milyon nəfər təşkil etmişdir. Yüklərin 21 milyon tonu dəmir yolu, 7,6 milyon tonu su, 59,2 milyon tonu avtomobil nəqliyyatı ilə daşınmışdır. Sərnişinlərin 713,2 milyon nəfəri avtomobil, 5,1 milyon nəfəri dəmir yolu, 1,2 milyon nəfəri hava nəqliyyatı vasitəsilə daşınmışdır. Ötən dövr ərzində nəqliyyat infrastrukturunun bütün növlərinin davamlı və təhlükəsiz fəaliyyətinin təmin olunması, istismar işinin səmərəli təşkili üçün təsirli tədbirlər həyata keçirilmişdir. Məsələn, Heydər Əliyev adına beynəlxalq hava limanında sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir mehmanxana kompleksi istifadəyə verilmiş, Lənkəran və Zaqatala hava limanlarının tikintisi davam etdirilmiş, sifariş verilmiş ATR tipli 6 təyyarədən 2-si artıq respublikaya gətirilmişdir. Su nəqliyyatı sahəsində isə 56 vaqon tutumlu 3 ədəd yeni bərənin alınması nəzərdə tutulmuşdur.

Son bir il yarım ərzində dəmir yolunda 13 ədəd yeni müasir elektrovoz alınmış, dəmir yolu xətlərinin, vaqon və lokomotiv parkının bərpası üzrə müxtəlif miqyaslı təmir işləri həyata keçirilmişdir. Zirə-Pirallahı dəmir yolunda 200 metr sahədə dəniz sularından mühafizə səddi tikilmiş, Araz çayı üzərindəki dəmir yolu körpüsündə yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Zati-alilərinizin şəxsən iştirakı və nəzarəti altında son iki il ərzində aparılmış intensiv danışıqların və keçirilən görüşlərin nəticəsi olaraq, regionda çox böyük və tarixi əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin həyata keçirilməsi prosesinə başlanılmış, Türkiyə ərazisində tikinti işlərini aparacaq podratçı şirkət müəyyənləşdirilmişdir. Həmçinin Gürcüstan ərazisində inşa ediləcək yeni dəmir yolu xətti üzrə tenderin qalibi bu ayın 29-da müəyyənləşdiriləcəkdir. Tikinti işlərinə noyabr ayında başlanılması nəzərdə tutulmuşdur. Layihə ilə bağlı işlər Dövlət Komissiyasının və Əlaqələndirmə Şurasının mütəmadi keçirilən iclaslarında müzakirə olunur.

“Bakı-Tbilisi-Qars” yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sizin 2007-ci il 21 fevral tarixli Sərəncamınızda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün “Azərbaycan Dövlət Dəmir Yolunun 2008-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanmışdır. Bu Proqramın həyata keçirilməsi dəmir yollarında artan yük həcminin daşınması və “Şərq-Qərb” nəqliyyat dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində dəmir yolu infrastrukturunun yenidən qurulması ilə yanaşı, dəhlizin rəqabət qabiliyyətinin gücləndirilməsinə, yüklərin mənzil başına çatdırılma müddətinin azaldılmasına və hərəkətin təhlükəsizliyinə xidmət edəcəkdir.

Möhtərəm cənab Prezident!

Sizin 2006-cı il 1 fevral tarixli Sərəncamınızla təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nına uyğun olaraq, Bakı şəhərində sərnişin daşımalarının təşkili, idarə olunması və tənzimlənməsi ilə əlaqədar mərhələli işlərin görülməsi davam etdirilir. İlk növbədə, sərnişin nəqliyyatı vasitələrinin təhlükəsiz, texniki və ekoloji normalara uyğun istismarının təmin olunması, avtobus dayanacaqlarının yeniləşdirilməsi, taksi dayanacaq yerlərinin yaradılması və şəhər sərnişin nəqliyyatı parkının iri tutumlu avtobuslar hesabına yeniləşdirilməsi ilə bağlı tədbirlər görülür.

Doqquz ay ərzində respublikaya 140 ədəd orta tutumlu yeni müasir avtobus gətirilərək istismara verilmişdir. Noyabr ayının ortalarında Koreya istehsalı olan 60 ədəd, ilin sonuna qədər isə daha 140 ədəd iri tutumlu avtobus gətiriləcəkdir. Yük və sərnişin daşımalarına 828 lisenziya verilmiş, 291 min avtonəqliyyat vasitəsi vergiyə cəlb olunaraq büdcəyə 6 milyon manat vəsait ödənilmişdir.

“Bakı-Naxçıvan-Bakı” avtobus marşrutunun açılması ilə bağlı imzalanmış Memorandumun icrası ilə əlaqədar müvafiq hazırlıq işləri görülmüş, hərəkət cədvəli, marşrut xətləri müəyyənləşdirilmiş, digər texniki məsələlər həll olunmuşdur. Tezliklə tərəflər arasında yekun görüş keçiriləcək və marşrutun işə salınması ilə bağlı qərar qəbul olunacaqdır.

Möhtərəm cənab Prezident! Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planında yol infrastrukturu üzrə nəzərdə tutulmuş işlərin icrası ilə bağlı olaraq hesabat dövründə yol qovşaqlarının və piyada keçidlərinin inşası davam etdirilmiş və 150 milyon manatlıq iş həcmi yerinə yetirilmişdir. Ötən dövr ərzində 5 yol ötürücüsü və 5 piyada keçidi tikilərək, Zati-alilərinizin iştirakı ilə istifadəyə verilmişdir. Nəticədə, bu obyektlərin yerləşdiyi ərazilərdə nəqliyyatın hərəkəti asanlaşmış, hərəkətin və piyadaların təhlükəsizliyi təmin edilmişdir.

Eyni zamanda, tıxacların yaranma səbəblərindən biri olan hərəkət qaydalarının və sürücü intizamının pozulması hallarına qarşı Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları ilə birlikdə müvafiq tədbirlər həyata keçirilir.

Metronun “Əzizbəyov” stansiyası dairəsindən Heydər Əliyev adına beynəlxalq hava limanına qədər 14 kilometr uzunluğunda avtomobil yolunda layihə üzrə tikinti işlərinə başlanılmışdır.

Cari ilin mart-may aylarında ümumi uzunluğu 43,9 kilometr olan Xırdalan-Binəqədi-Balaxanı dairəvi avtomobil yolu təmir olunmuş, sentyabr ayında 6 zolaqlı Zığ-Binə və Bilgəh-Pirşağı avtomobil yollarının tikintisinə başlanılmışdır.

Yanvar ayında respublikanın 3 magistral yolunu birləşdirən, uzunluğu 21,5 kilometr olan “Bakı dairəvi avtomobil yolu”nun da inşasına başlanılmışdır.

“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 - 2010-cu illər üçün əlavə Tədbirlər Planı” layihəsində daha 11 yol qovşağı, 10 piyada keçidi və 13 çoxmərtəbəli avtomobil dayanacağının tikintisi nəzərdə tutulmuşdur.

Şəhər nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi mərkəzinin yaradılması və Nazirlər Kabinetinin cari ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında Nəqliyyat Nazirliyinə verilmiş tapşırığın icrasını təmin etmək məqsədi ilə Bakı şəhərində Koreya mütəxəssisləri ilə birlikdə ilkin tədqiqat və layihələndirmə işləri artıq yekunlaşdırılmışdır.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, cənab Prezident, Sizin, 2007-ci il 18 oktyabr tarixli Sərəncamınızla ”Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişməsində, respublikanın əsas dəmir yolu və avtomobil yollarına birbaşa çıxışı olan ərazidə inşası ölkəmiz və region üçün böyük əhəmiyyətə malik olmaqla, keyfiyyətcə yeni nəhəng nəqliyyat qovşağının yaradılmasına və gələcəkdə burada azad liman zonasının və logistik idarəetmə sisteminin formalaşmasına şərait yaradacaqdır.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının məntiqi davamı olan bu layihə ölkənin tranzit potensialının genişləndirilməsini və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılmasını təmin edəcəkdir.

Yeni limanın tikintisi ilə bağlı Azərbaycan Respublikasının və Koreya Respublikasının aidiyyəti qurumlarının mütəxəssislərindən ibarət birgə İşçi Qrupu tərəfindən təhlillər aparılmış, akvatoriyada tədqiqat işlərinə başlanılmış, cari ilin axırına qədər işçi layihənin başa çatdırılması istiqamətində müvafiq işlər görülür.

Nəqliyyat naziri Ziya Məmmədov ölkənin nəqliyyat sisteminin təkmilləşdirilməsi və avtomobil yollarının müasir standartlara uyğun yenidən qurulması üçün görülən tədbirlərin geniş şərhini verdi. Cari ilin ötən dövründə həmin sahəyə 330 milyon manat investisiya yönəldildiyini və həmin sərmayənin 255 milyon manatının dövlət büdcəsindən ayrılan vəsaitin təşkil etdiyini söylədi. Bunun 2006-cı ilin müvafiq göstəricisini 2,8 dəfə üstələdiyini dedi.

Beynəlxalq qurumlarla əlaqələrin durmadan genişləndirildiyini bildirən nazir dövlətimizin başçısının tapşırığıına əsasən, vahid nəqliyyat sistemi konsepsiyasının reallaşdırılması üçün ardıcıl tədbirlərin keçirildiyini bildirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub