Nicat Abasovun şahmat üzrə İddiaçılar Turnirində iştirakı təsdiqləndi
Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan şahmatçısı Nicat Abasovun İddiaçılar Turnirində iştirak edəcəyi rəsmiləşib.
AZƏRTAC Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna sabiq dünya çempionu Maqnus Karlsenin yarışdan imtina etməsi səbəb olub.
Norveçli qrosmeyster FIDE-yə məktub göndərərək, İddiaçılar Turnirinə qatılmayacağını təsdiqləyib. Onun əvəzinə yarışa vəsiqə Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan N.Abasova verilib.
Qeyd edək ki, bu ilin aprelində Kanadanın Toronto şəhərində keçiriləcək İddiaçılar Turnirində azərbaycanlı şahmatçı ilə yanaşı, Yan Nepomnyaşi (FIDE), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Rameşbabu Praqqnanandxa, Vidit Santoş Qucarati, Dommaracu Qukeş (hər üçü Hindistan) və Alireza Firuzca (Fransa) da mübarizə aparacaq. Turnirin qalibi Şahmat Tacı uğrunda görüşdə hazırkı dünya çempionu çinli Din Lirenlə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]