Niderlandda qasırğa səbəbindən 300 aviareys ləğv olunub
Bakı, 5 iyul, AZƏRTAC
Güclü külək səbəbindən Niderlandın “Schiphol” hava limanında ən azı 300 aviareys ləğv olunub, bəzi rayonlarda yıxılan ağaclar yolları bağlayıb.
AZƏRTAC Niderland mediasına istinadla xəbər verir ki, ötən gecə ölkənin bir sıra rayonları “Poli” qasırğasının təsirinə məruz qalıb. Küləyin sürəti bəzi hallarda saniyədə 40 metrə çatıb. Bu, yay fəslində ölkədə qeydə alınan ən güclü qasırğadır.
Təbii fəlakətdən ən çox Niderlandın şimalında yerləşən əyalətlər zərər çəkib. Dörd əyalətdə “qırmızı” təhlükə səviyyəsi elan olunub. Hazırda qasırğa şərqə doğru hərəkət edir.
Meteoroloqların məlumatına görə, yay aylarında belə güclü qasırğa Niderland üçün qeyri-adi hadisədir. Adətən ölkədə qasırğa mövsümü oktyabrdan aprelə qədər davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]