Niger hərbçilərinə qanuni hakimiyyətin bərpası üçün 15 gün vaxt verilib
Bakı, 29 iyul, AZƏRTAC
Afrika İttifaqı Niger hərbçilərinə konstitusion hakimiyyəti bərpa etmək üçün 15 gün vaxt verib.
AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası “hərbçilərdən dərhal və qeyd-şərtsiz öz kazarmalarına qayıtmağı və ən geci 15 gün ərzində ölkədə qanuni hakimiyyətin bərpasını tələb edib.
Şura, həmçinin “demokratik yolla seçilmiş” prezidentin həbsini pisləyib və qiyamçılara qarşı “cəza sanksiyaları da daxil, bütün lazımi tədbirləri” görməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, iyulun 26-da Nigerdə Prezident Qvardiyası qiyam qaldıraraq ölkə başçısı Mohamed Bazumu vəzifədən kənarlaşdırıb. Prezident Qvardiyasının komandanı, hərbi çevrilişin rəhbəri general Abdurahman Çiani özünü “Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri” elan edib və bütün idarəçilik səlahiyyətlərini əlinə alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]