Nihat Qurbanlı: Könüllülük həyatımda böyük rol oynayıb VİDEO
Bakı, 18 dekabr, AZƏRTAC
Könüllülük fəaliyyəti mənim həyatımda böyük rol oynayıb. Sosial baxımdan formalaşmağımda, eləcə də dünyagörüşümün genişlənməsində könüllülük mənə əvəzsiz töhfə verib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Nihat Qurbanlı deyib. Könüllü gömrükçü dəstəsinin üzvü olduğunu bildirən Nihat Qurbanlı qeyd edib ki, hazırda Könüllülük Həftəsi çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edir: “Mən bu il fəal könüllülər sırasında yer almışam. Bu fəallıq titulunu əldə edərkən müxtəlif tədbirlərdə iştirak etmiş, könüllü olduğum təşkilatda aktiv fəaliyyət göstərmişəm. Hazırda isə Hava Nəqliyyatı Baş Gömrük İdarəsində könüllü gömrükçü dəstəsinin rəhbəri kimi fəaliyyət göstərirəm”, – deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:16]
Sosial xidmətə cəlb edilən uşaqlar üçün ekskursiya təşkil edilib
- 10.08.2026 [13:04]
Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib
- 10.08.2026 [12:56]
Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
- 10.08.2026 [12:39]
Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb
- 10.08.2026 [12:00]