NİKOLAY KONSTANTİNOVİÇ BAYBAKOVUN AİLƏSİNƏ
Əziz həmyerlimiz Nikolay Konstantinoviç Baybakovun vəfat etməsi xəbəri məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Nikolay Konstantinoviçin bütün qohumlarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm.
Görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Azərbaycanın və Rusiyanın neft sənayesinin görkəmli təşkilatçısı Nikolay Konstantinoviç Baybakov qeyri-adi şəxsiyyət, parlaq və mənalı həyat yolu keçmiş və yüksək vətəndaşlıq keyfiyyətləri ilə, son dərəcə peşəkarlığı, tükənməz əməksevərliyi və əzmkarlığı, seçdiyi işə sədaqəti ilə fərqlənən gözəl insan kimi daim xatirimizdə qalacaqdır.
Bu əvəzsiz itki ilə əlaqədar dərdinizə ürəkdən şərik olduğumu bildirir, Sizinlə birlikdə kədərlənirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 31 mart 2008-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB
- 15.10.2026 [16:12]
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
- 14.10.2026 [22:02]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [21:38]
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
- 14.10.2026 [19:08]