Norveçdə eynək oğurlayan partiya sədri istefa verib
Bakı, 25 iyul, AZƏRTAC
Norveçin “Qırmızılar” partiyasının lideri Björnar Moxnes ötən ay “Gardemoyen” hava limanında mağazadan günəş eynəyi oğurlaması ictimailəşdikdən sonra istefa verib.
AZƏRTAC xəbər verir ki, bu barədə bazar ertəsi NRK telekanalı məlumat yayıb.
Məlum olub ki, Björnar Moxnes 3000 kron (312 dollar) məbləğində cərimələnib. Bunun sübutu isə mağazadakı müşahidə kamerasının qeydi olub.
“Mən gün eynəklərini “Gardemoyen”dəki mağazadan götürdüm. Böyük səhv etdim və sonra davranışımla vəziyyəti daha da pisləşdirdim. Buna görə çox təəssüflənirəm və üzr istəyirəm”, - Moxnes “Facebook” səhifəsində yazıb.
O, 11 il partiyaya rəhbərlik edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]