Novruz bayramı ilə əlaqədar Ukraynada bir sıra layihələr həyata keçiriləcək
Kiyev, 12 mart, AZƏRTAC
Novruz bayramının təbliği məqsədilə Ukraynada bir sıra layihələr həyata keçiriləcək.
Bu barədə AZƏRTAC-a Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov məlumat verib.
Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində Ukrayna mətbuatında məqalələr dərc ediləcək, telekanallarda reportajlar təqdim olunacaq. Bundan başqa, onlayn konsertlərin keçirilməsi nəzərdə tutulur.
“Bu il pandemiyaya görə kütləvi tədbirlərin keçirilməsi mümkün olmadığından, daha böyük kütləni əhatə etmək üçün onlayn yayımlara üstünlük veriləcək. Çünki Novruz bayramı milli tariximizin, mədəniyyətimizin təbliği baxımından olduqca önəmlidir. Dünyada Azərbaycan xalqı baharın gəlişini yüksək səviyyədə qeyd edən azsaylı xalqlardan biridir və Novruz bayramının sırf Azərbaycanın milli mədəniyyət brendinə çevrilməsi yolunda dövlətimizlə birgə, soydaşlarımız da yaxından iştirak etməlidir”, - deyə Q.Abbasov əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]