“OKLAND QİDA MƏHSULLARI SƏRGİSİ”NDƏ AZƏRBAYCANIN NAR ŞİRƏSİ NÜMAYİŞ ETDİRİLMİŞDİR
Bakı, 16 sentyabr (AZƏRTAC). Avstraliya və Okeaniyanın ən tanınmış sərgilərindən olan “Okland qida məhsulları sərgisində” Azərbaycan nar şirələrindən ibarət guşə təşkil olunmuşdur.
“Azəri” Azərbaycan - Yeni Zelandiya Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudovun Diasporla İş üzrə Dövlət Komitəsinə verdiyi xəbərə görə, sərgidə Azərbaycanda istehsal olunan “Shirvan’s” və “4U” nar şirələri təqdim olunmuşdur.
Beş gün davam edən sərgidə minlərlə Yeni Zelandiya vətəndaşı ölkəmizin yüksək keyfiyyətli nar şirələrindən dadmaq, eyni zamanda Azərbaycanın əsrarəngiz təbiəti və zəngin mətbəxi barədə məlumat almaq imkanı əldə etmişlər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]